Ərdoğandan Makrona SƏRT XƏBƏRDARLIQ - "Mənə sataşma"

2022-11-18 20:25:00

Ərdoğandan Makrona SƏRT XƏBƏRDARLIQ -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsində fransız həmkarı Emmanuel Markonla aralarında olan dialoqdan danışıb.

Hurriyyet.Az xəbər verir ki, Ərdoğan Makrona deyib:

“Emmanuel bəzi yerlərdə mənə sataşırsan. Daha əvvəl də bunu danışmışdıq”.

Makron cavab verib: “Sən dedin ki, “xanımlar çox yaxşı anlaşır. Lakin biz anlaşa bilmirik”. Yox, yox. Biz də anlaşa bilirik. Bu gün burada çox yaxşı müzakirələrimiz oldu”.

Ərdoğan isə deyib: “Bundan sonra da belə davam etsin. Hər hansı problemin olmasına imkan verməyək”.

Qeyd edək ki, dünya lideriləri G20 zirvəsində iştirak etmək üçün İndoneziyada səfərdə idi. \\Metbuat


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.145523