Ərdoğandan Kılıçdaroğluna CAVAB - "OĞLUNA SAHİB ÇIX. O, ÖZÜNƏ BAŞQA VALİDEYNLƏR AXTARIR"

2022-12-21 14:51:00

Ərdoğandan Kılıçdaroğluna CAVAB -

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının (AKP) bu gün keçirilən qrup toplantısında Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı "O, CHP-nin oğlu olduğu qədər mənim də oğlumdur" açıqlamasına cavab verib.

Hurriyyet.az xəbər verir ki, Ərdoğan Kılıçdaroğlunun İmamoğlu ilə bağlı dediklərinə yönəlik "CHP başqanı dünən bildirib ki, "Biz ata-oğul kimiyik". Bunları eşitdikdə biz də içimizdən "Bay Kamal, oğluna sahib çıx. O, özünə başqa valideynlər axtarmaqla məşğuldur" deməyə bilməzdik. Zarafat bir yana, 6-lı masanın nə etdiyi, hansı oyunu oynaması bizi maraqlandırmır. Biz öz işimizlə məşğul olacağıq", deyə qeyd edib.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.238234