Ərdoğandan inflyasiya ilə bağlı MÜJDƏ

2022-12-21 14:28:00

Ərdoğandan inflyasiya ilə bağlı MÜJDƏ

"İnşallah, yaxın aylarda inflyasiyanın sürətli eniş tendensiyasının şahidi olacağıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün partiyasının (AKP) qrup toplantısında maraqlı açıqlamalar verib. Hurriyyet.az-ın məlumatına görə, Ərdoğan "İşçilərin, məmurların və təqaüdçülərin maaşlarında edilən artımların fürsətçilərin ucbatından əriməsi ilə razılaşa bilmərik", deyə qeyd edib.

Onun sözlərinə görə, inflyasiyanın sürətlə aşağı düşməsinə heç bir maneə yoxdur: "İnşallah, yaxın aylarda inflyasiyanın sürətli eniş tendensiyasının şahidi olacağıq".

Türkiyə prezidenti, həmçinin "Keçən cümə günü Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən 2023-cü il dövlət büdcəsinin xeyirli olmasını arzu edirəm. Cümhurbaşqanı yardımçısı Fuat Oktayın təqdimatı ilə başlayan danışıqlar komissiyalarda 36 gün, Baş Assambleyada isə 12 gün davam etdi. Nəticədə 3,8 trilyon lirəlik xərclə ölkəmizə təxminən, 4,4 trilyon lirə büdcə gətirdik", deyə əlavə edib.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.165904