Ərdoğandan ABŞ və Avropaya MESAJLAR

2022-12-09 16:33:00

Ərdoğandan ABŞ və Avropaya MESAJLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Vorld forumunda çıxışı zamanı Avropa və ABŞ-a sərt mesajlar verib. 

Hurriyyet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı Türkiyənin mübarizə apardığı terror təşkilatlarına yardım edən Avropa ilə ortaq gələcək qura bilməyəcəklərini söyləyib.

Ərdoğan qeyd edib ki, Avropa İttifaqına üzvlük məsələsində rəsmi Ankaraya qarşı ikiüzlü siyasət həyata keçirilib.

“Halbuki biz İkinci Dünya müharibəsindən sonra Avropa ilə əməkdaşlığı seçmişik. Avropanın təhlükəsizliyi və rifahına verdiyimiz dəstəyi kimsə inkar edə bilməz. Bizim fədakarlığımıza rəğmən, terrorla mübarizədə Avropanın bizi tək qoyduğunu əsla unutmayacağıq”, - Türkiyə lideri vurğulayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000123