Saat:00:14
Haqqımızda

Ərdoğan Zelenski ilə Putini Türkiyəyə dəvət edib

2022-01-19 13:01:00

Ərdoğan Zelenski ilə Putini Türkiyəyə dəvət edib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Türkiyənin Rusiya və Ukrayna prezidentləri V.Putin ilə V.Zelenski arasında vasitəçilik eləməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Türkiyə liderinin məqsədi iki ölkə arasında münasibətləri normallaşdırmaqdır. Kalın deyib: “Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasındakı gərginliyin azaldılması üçün istənilən rolda çıxış eləməyə hazırdır. Prezident Ərdoğan həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparır. Prezident Ərdoğan onların hər ikisini Türkiyəyə dəvət edib – onlar görüşmək  və öz problemlərini həll eləmək istəsələr, ölkəmizə gələ bilərlər”.

Kalın Ərdoğanın Zelenski ilə danışıq aparmaq üçün yaxın həftələrdə Ukraynaya səfər edəcəyini də qeyd edib.

Ötən ilin dekabr ayında da Türkiyə Prezidenti Moskva ilə Kiyevə vasitəçilik təklifi etmişdi.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR