Ərdoğan yenə HƏDƏF ALINDI - Daha bir SKANDAL

2023-01-26 11:27:00

Ərdoğan yenə HƏDƏF ALINDI - Daha bir SKANDAL

“The Economist” və “Bloomberg”dən sonra Almaniyanın “Stern” jurnalı da Türkiyədə keçiriləcək seçki ilə bağlı təhlillərində qalmaqallı ifadələr işlədib. 

Hurriyyet.az xəbər verir ki, Türkiyə prezidenti Ərdoğanı hədəf alan jurnal “Yandırıcı Ərdoğan” üz qabığı ilə nəşr olunub və “Ərdoğan hakimiyyətdə qalmaq üçün vicdansızcasına mübarizə aparır: Öz ölkəsində, Suriyada və Almaniyada” başlıqlı məqalə ilə oxucularının qarşısına çıxıb.

“Ərdoğan Putin və Qərblə danışıqlar aparır, NATO-nu aşağılayır və Suriyada müharibəyə başladır. O, beynəlxalq arenada görünür, ancaq ölkə daxilində hakimiyyət üçün amansız mübarizə aparır” - məqalədə deyilir.

“Stern” yazır ki, Ərdoğan Ukraynadan Suriyaya qədər bir çox ipi əlində saxlayır və öz gücündən istifadə edir.

“Ərdoğan seçki məğlubiyyətini qəbul edəcəkmi? Onun partiya ortağı MHP ordu və təhlükəsizlik qüvvələrinə o qədər kök salıb ki, bəzi ekspertlər ictimai rəyin qarşı çıxmasına baxmayaraq, onun hakimiyyətdə qala biləcəyini ehtimal edirlər” - alman nəşri qeyd edib.

63d202024e3fe021883b7c83.jpg (89 KB)

Qeyd edək ki, İsveçdəki qalmaqallı aksiya səbəbindən Ərdoğanın NATO qapısını İsveçin üzünə bağlamasından sonra “Bloomberg”dən diqqətçəkən təklif gəlib.

Qəzet “NATO Ərdoğanın genişlənməni gecikdirməsinə imkan verməməlidir” başlıqlı məqalədə qeyd olunub ki, “NATO bu müzakirələrə son qoymalı və ən yeni üzvləri qeyd-şərtsiz qəbul etməlidir”. Daha sonra prezident Ərdoğanın Türkiyədə keçiriləcək seçkilər öncəsi millətçi bazasından dəstək almağa çalışdığı bildirilib.

Türkiyənin inadkarlığının Avropanın təhlükəsizliyini təhlükəyə atdığını iddia edən “Bloomberg” ABŞ və Avropanın bu çıxılmaz vəziyyəti aradan qaldırmalı olduğunu yazıb:

“ABŞ prezidenti Co Bayden açıq şəkildə bildirməlidir ki, Türkiyənin kürd terrorizmi ilə bağlı narahatlığını ifadə etmək hüququ olsa da, bunun əvəzində NATO-nun güclənməsi səylərinə mane olmamalıdır. NATO liderləri mayın 18-dən əvvəl iki ölkənin üzvlüyünü təsdiq etməsi üçün Ərdoğana təzyiq etməlidir. Onun müqavimət göstərəcəyi təqdirdə ABŞ Konqresi Türkiyəyə F-16 satışını dayandıraraq cavab verməlidir".

Nəşr yazır ki, Ərdoğanın NATO toplantılarından kənarlaşdırılması, hətta Türkiyənin NATO-dan çıxarılması variantları masada olmalıdır: “Mesaj aydın olmalıdır: qrupun təhlükəsizliyinə bilərəkdən zərər vuran ittifaq üzvü heç vaxt müttəfiq deyil”.

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000267