Ərdoğan yanğın bölgəsində - "Xəyanət edənlər varsa..."
2021-07-31 20:10:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Manavqatdakı yanğın bölgəsində gedib.
Ərdoğan yanğınların əksəriyyətinin lokallaşdırıldığını söyləyib.
Ərdoğan təxribat ehtimallarına münasibət bildirib: “Sabotaj şübhəsi bizi də narahat edir. Bu məsələni araşdırırıq. Dövlətimizə, millətimizə xəyanət edənlər varsa, onların yaxasından yapışıb ən ağır şəkildə cəzalandırılmasını təmin etmək bizim borcumuzdur”. \\KONKRET.AZ