Saat:13:24
Haqqımızda

Ərdoğan və Angela Merkel görüşdülər

2021-10-16 16:46:00

Ərdoğan və Angela Merkel görüşdülər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb. "Habertürk"-ün yaydığı məlumata görə, liderlər İstanbulun Huber malikanəsində bir araya gəliblər. Görüşdə ikitərəfli əlaqələrin hazırki vəziyyəti, regional məsələlər, həmçinin miqrasiya və qaçqınlar problemi müzakirə olunub. 

Prezident və kansler malikanənin eyvanından İstanbul boğazını izləyiblər. R.T.Ərdoğan A.Merkelə boğaz haqqında məlumat verib. Onlar, həmçinin sahildəki vətəndaşları, o cümlədən jurnalistləri salamlayıblar. Liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri müxtəlif ölkələrə vida ziyarətləri çərçivəsində həyata keçirilir.

virtualaz.org

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR