Ərdoğan və AKP nədən İmamoğlunun YOLUNU AÇIR?

2022-12-15 11:43:00

Ərdoğan və AKP nədən İmamoğlunun YOLUNU AÇIR?

Natiq Cəfərli: "Müxalifətin birləşdiyi "6-lar masası"nda İmamoğludan çox Yavaşı istəyənlər üstünlük təşkil edir, odur ki, Əkrəm bəy namizəd olsa, birlik dağıla bilər ki, bu da AKP üçün yaxşıdır"

"AKP və Rəcəb Tayyib Ərdoğan Əkrəm İmamoğlunu niyə əsas namizəd etmək istəyir? Əsl sual budur. AKP anlayır ki, İmamoğluna qarşı istənilən təqib, həbs qərarı onu daha da populyarlaşdırır. Əslində tarixi təkrarlayırlar, Ərdoğan da İstanbul meri idi, onu da şer oxuduğuna görə həbs etdilər, siyasi karyerası yüksəldi, əvvəl baş nazir, sonra da hakimi-mütləq prezident oldu. Yaxşı, bütün bunları bilə-bilə nədən Əkrəm bəyə eyni yolu açırlar? Bir daha, əsas sual budur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq hesab edir ki, bu qərarın təsdiqi azı 1-1,5 il çəkəcək, yəni 6 aydan sonra baş tutacaq seçkilərə qədər Əkrəm İmamoğlu nə həbs olunacaq, nə də siyasi fəaliyyətinə yasak gələcək: "Bu qərar həmən Əkrəm bəyi 1-li namizəd edir, Akşener də məhz onun namizəd olmasını istəyir. Amma bütün araşdırmalar göstərir ki, Ankara meri Mənsur Yavaşın reytinqi daha yüksəkdir, mühafizəkar-sağ-millətçi siyasi qanaddan gəlir, AKP seçmənindən ən çox o səs qoparda bilər. Deməli, Ərdoğan və onun PR komandası Yavaşdansa İmamoğlunun namizəd olmasını özləri üçün daha uyğun sayırlar. Həm müxalifətin birləşdiyi "6-lar masasında" da İmamoğludan çox Yavaşı istəyənlər üstünlük təşkil edir. Yəni, Əkrəm bəy namizəd olsa birlik dağıla bilər ki, bu da AKP üçün yaxşıdır. Uzun sözün qısası, bəzən avtoritar hakimiyyətlər bilərəkdən özünə ən sərf edənə təzyiq edir ki, onu önə çəksin. Bu, həmişə belə olmur, amma ara-sıra işlədilən fənddir. Ümid edirəm ki, qardaş Türkiyə üçün xeyirli-uğurlu seçkilər olacaq və yaxşı işlər Yavaş görüləcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136394