Ərdoğan: “Türkiyə Suriyanın şimalında terror zonası yaradılması planını puç elədi”

2022-06-04 14:15:00

Ərdoğan: “Türkiyə Suriyanın şimalında terror zonası yaradılması planını puç elədi”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim AK (Adalet ve Kalkınma – Ədalət və İnkişaf) Partiyasının iclasında çıxış edərkən Türkiyənin Suriyanın şimalında terror zonasının yaradılması planını pozduğunu bildirib.

Ərdoğan bugünkü çıxışında söyləyib ki, Türkiyə sərhədi boyunca 30 km dərinlikdə “təhlükəsizlik dəhlizi” yaradılmasının başa çatdırılması üçün yaxın günlərdə Suriyanın şimalında yeni antiterror əməliyyatı aparılacaq. O, yeni əməliyyatın Türkiyənin milli təhlükəsizliyinə təhdidləri aradan qaldırmağa imkan verəcəyini söyləyib.

Ərdoğan əvvəlki illərdə Suriyanın şimalında “Fərat qalxanı”, “Zeytun budağı”, “Barış bulağı”, “Bahar qalxanı” əməliyyatlarının keçidirildiyini xatırladıb. Bu ilin aprelindən isə artıq İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı aparılır.

Prezident deyib: “Bütün bu əməliyyatlar Türkiyənin cənub sərhədlərində terrorçuların nəzarətində  olan ərazilərin yaradılması cəhdlərini boşa çıxarıb”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya