Ərdoğan: Türkiyə Rusiya və Ukrayna ilə sülh danışıqlarını davam etdirəcək

2022-12-15 13:41:00

Ərdoğan: Türkiyə Rusiya və Ukrayna ilə sülh danışıqlarını davam etdirəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Türkmənistan və Azərbaycan liderləri ilə görüşdə bildirib ki, Ankara hər iki tərəflə danışıqlar yolu ilə Ukraynada atəşkəsə nail olacağına ümidlidir.
"Taxıl ixracı müqaviləsi və məhbusların mübadiləsi ilə diplomatiyaya şans verilsə, sülhə gedən yolun açıla biləcəyini gördük. Putin və Zelenski ilə bu istiqamətdə danışıqları davam etdiririk. Ümid edirəm ki, biz razılaşacağıq. Birincisi atəşkəsə, sonra isə regionumuzda uzunmüddətli sülhə nail olacağıq”, deyə prezident Ərdoğan bildirib..
Məlum olduğu kimi, Türkiyə BMT ilə birlikdə taxıl ticarəti üçün Ukrayna limanlarının blokdan çıxarılmasına dair razılaşmada vasitəçilik etdi və sentyabrda Rusiya ilə Ukrayna arasında 200 məhbusun mübadiləsini təşkil etdi. Ərdoğan hökuməti hər iki tərəflə yaxşı münasibətlər saxlayır - Türkiyə lideri mütəmadi olaraq Vladimir Putinlə görüşür, Kiyevə isə Bayraktar PUA-larının tədarükünü dayandırmır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141923