Ərdoğan: Türkiyə Orta Dəhlizin inkişafı üçün TDT-nın xüsusi nümayəndəsi ola bilər
Prezident Ərdoğan bildirib ki, Türkiyə Orta Dəhlizin inkişafı üçün TDT-nın xüsusi nümayəndəsi ola bilər.
Türkiyə lideri bu barədə TDT sammitində çıxış edərək, qurumun ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək üçün nəqliyyat dəhlizlərindən, xüsusilə də Orta Dəhlizdən istifadə və onu inkişaf etdirməyin zəruriliyini bəyan edib.
“Şuşada keçirilən sammit zamanı Azərbaycan Prezidenti Orta Dəhlizdən səmərəli istifadə üçün xüsusi nümayəndənin təyin edilməsi təklifi ilə çıxış edib”, deyə Ərdoğan xatırladıb və əlavə edib ki, bu rol üçün Türkiyənin namizədliyini irəli sürməyə hazırdır.
O, həmçinin bildirib ki, TDT üzvlərinin ümumi əhalisi 175 milyon nəfərdir, qarşılıqlı ticarətin həcmi isə 1,2 trilyon dollar səviyyəsindədir.
Ülviyyə, Hurriyyet.az