Ərdoğan: "Türkiyə-Azərbaycan ittifaqı regionumuz üçün əvəzsiz təhlükəsizlik, sabitlik və rifah amilinə çevrilib"

2022-12-24 12:37:00

Ərdoğan:

"Öz gücünü "Bir millət, iki dövlət" anlayışı ilə xalqlarımız arasındakı qədim qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan ittifaqı da bu prosesdə regionumuz üçün əvəzsiz təhlükəsizlik, sabitlik və rifah amilinə çevrilmişdir".

Hurriyyet.az xəbər verir ki, bu, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

"Müdafiə sənayesi, müştərək energetika və nəqliyyat layihələrindəki əməkdaşlıqla hər bir sahədə nümayiş etdirdiyimiz sarsılmaz həmrəyliyimizi Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü ildə də daha yüksək səviyyələrə çatdıracağımıza bütün səmimiyyətimlə inanıram", - məktubda qeyd edilib.

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.157342