Ərdoğan: “Terrorçuların yuvasına çevrilmiş dövlətlər NATO-ya daxil olmaq istəyirlər”

2022-05-13 18:36:00

Ərdoğan: “Terrorçuların yuvasına çevrilmiş dövlətlər  NATO-ya daxil olmaq istəyirlər”

Hurriyyet.az Türkiyənin “Star” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Finlandiya ilə İsveçin NATO ittifaqına qəbul edilməsi məsələsi ilə bağlı sualın cavabında deyib: “Hazırda İsveç və Finlandiya ilə bağlı hadisələri izləyirik, lakin bu barədə müsbət düşünmürük. Çünki bundan əvvəl Yunanıstanla bağlı NATO məsələsində yanlış addım atıldı. Bizdən əvvəlki rəhbərliklərin  və Yunanıstanın Türkiyəyə qarşı NATO-ya da arxalanaraq, tutduğu mövqeyi bilirik. Bu məsələdə Türkiyə olaraq ikinci dəfə yanlış addım atmaq istəmirik. Skandinav ölkələrinə gəlincə, təəssüf ki, oralar terror təşkilatlarının mehmanxanasına çevrilib. PKK-sı, DHKPC-si İsveçdə, Hollandiyada yuva salıb. Hətta bir az da irəli getsək, o ölkələrin parlamentlərində yer tutublar. Bu baxımdan bizim müsbət baxmağımız mümkün deyil”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya