Ərdoğan: “Tankımızla, əsgərimizlə terrorun kökünü kəsəcəyik”

2022-11-22 17:16:00

Ərdoğan: “Tankımızla, əsgərimizlə terrorun kökünü kəsəcəyik”

Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bugünkü çıxışında ölkə sərhədindən kənardan edilən hücumlar barəsində danışaraq deyib: “Vətəndaşlarımıza hücumların davam etdiyi yerlərdə sərhədlərimizə təhlükəsizlik xəttininin lazım gələn yerlərə çəkməyimizə heç kim mane ola, buna qarşı çıxa bilməz”.

Türkiyə Prezidenti deyib: “Təyyarəmizlə, topumuzla, silahlı pua-larımızla terrorçuların başının üstünü kəsirik. İnşallah ən qısa zamanda tankımızla,əsgərimizlə, bizimlə birgə gedən və gedəcək dostlarımızla birlikdə hamısının kökünü kəsəcəyik. Terrorçuların kimliyini, yerini, haqqındakı məlumatları bilirik. Onları kimlərin himayə elədiyini, silahlandırdığını, cəsarətləndirdiyini də çox yaxşı bilirik”.

O, YPG/PKK terrorçuları tərəfində ölkənin cənub rayonlarına atılan raketlər nəticəsində dinc vətəndaşların həlak olmasından da danışıb: “6 məsumun həyatını əlindən alan alçaq hücuma cavabımızı İraq ilə Suriyanın şimalındakı terror hədəflərini yerlə yeksan edərək verdik. Sərhədlərimizə, vətəndaşlarımıza hücumların davam etdiyi yerlərdə təhlükəsizlik xəttini lazımi yerə çəkməyimizə heç kim mane ola bilməz, qarşı çıxa bilməz. Bir neçə gündür təyyarəmizlə, topumuzla, silahlı dronlarımızla terrorçularının başının üstünü kəsmişik. İnşallah ən yaxın zamanda hamısının kökünü kəsəcəyik”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.119494