Ərdoğan Suriya ilə bağlı təklifindən danışdı: “Putinə dedim ki...”

2022-12-15 15:19:00

Ərdoğan Suriya ilə bağlı təklifindən danışdı: “Putinə dedim ki...”

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbəti zamanı Türkiyə, Rusiya və Suriyanın dövlət başçılarının görüşünün keçirilməsini təklif elədiyini söyləyib.

Prezident Ərdoğan Türkmənistandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib: “Suriya-Türkiyə-Rusiya olaraq üştərəfli münasibətlərdə daha bir addım atmaq niyyətindəyik. Əvvəlcə kəşfiyyat təşkilatlarımız, ardından müdafiə nazirlərimiz, sonra xarici işlər nazirlərimiz görüsün. Sonra da biz dövlət başçıları olaraq görüş keçirək. Təklifimi cənab Putinə bildirdim. O da buna müsbət yanaşdı. Beləliklə, görüşlər seriyası başlanacaq”.

Hürr Tərcüman

Cumhurbaşkanı Erdoğan: Suriye-Türkiye-Rusya üçlü olarak bir adım atalım istiyoruz


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.180513