Ərdoğan Rusiyaya getdi

2022-08-05 15:40:00

Ərdoğan Rusiyaya getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər gedib.

Hurriyyet.az xəbər verir ki, bu barədə“Anadolu” agentliyinə istinadən xəbər verir.  

Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati, ticarət naziri Mehmet Muş, Kənd Təsərrüfatı və Meşə Vahit Kirişçi, Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın və Prezident Administrasiyasının Müdafiə Sənayesi rəhbəri İsmail Dəmir də var.

Qeyd edək ki, bu gün Soçidə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutacaq. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057968