Saat:03:30
Haqqımızda

Ərdoğan: "Qonşu ölkələrlə birlikdə terrorun kökünü kəsəcəyik"

2024-04-23 15:44:10

Ərdoğan:

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan İraq səfərindən qayıdarkən təyyarədə onu müşayiət edən jurnalistlərə açıqlamasında PKK terror təşkilatı ilə mübarizə məsələsindən danışıb.
Ərdoğan Türkiyənin öz qonşuları ilə birgə səyləri vasitəsilə öz sərhədlərini PKK terrorundan təmizləyəcəyini bildirib: "İraqda və Suriyada, xüsusilə də Suriyada terror bataqlığının qurudulması təkcə bizim yox, həm də hər iki ölkənin birgə səyləri ilə baş tutacaq. Biz fasiləsiz şəkildə bütün terror təşkilatları ilə mübarizəyə davam edirik. Bildiyiniz kimi,  PKK ilə İraq və Suriyadakı mübarizəmiz artıq uzun illərdir ki, hərtərəfli şəkildə davam edir. Bundan sonra da eyni qətiyyətlə davam edəcək. Bu mübarizə həm bizim evimizdə, həm də sərhədlərimizdən kənarda, beynəlxalq hüquq çərçivəsində və qonşularımızın ərazi bütövlüyünə hörmətlə davam edəcək".
Ərdoğan PKK-nın İraqda da sülh, sabitlik və inkişafa təhlükə olduğunu və bu təhdidin aradan qaldırılmasının İraqın maraqlarına uyğun olduğunu qeyd edib: "Onların bu reallığı gördüklərinə və həmin problemin aradan qaldırılması üçün səy göstərəcəklərinə inanıram. İstənilən halda terrorun kökünü kəsəcəyik. Bu məsələdə qətiyyətliyik. Heç vaxt meydanı nə terrorla əlbir olanlara, nə terror təşkilatlarına, nə də terror təşkilatlarından maşa kimi istifadə edənlərə qoymayacağıq".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.208334