Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

2022-04-19 15:10:00

Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışmağı planlaşdırır.

Bu barədə məlumatı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu verib. Çavuşoğlu bu gün keçirilən brifinqdə deyib: “Biz Ukraynada sabit atəşkəsə nail olunması tərəfdarıyıq. Cənab Prezident Ərdoğan dövlət başçıları ilə telefonla danışmağı planlaşdırır. Mən də öz həmkarlarımla fəal danışıqlar aparıram”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya