Ərdoğan: “Putin müharibəni mümkün qədər tez bitirməyə çalışır”

2022-09-20 11:49:00

Ərdoğan: “Putin müharibəni mümkün qədər tez bitirməyə çalışır”

“Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişəni mümkün qədər tez bitirməyə çalışır”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində danışıb.

Türkiyə lideri bu qənaətə Özbəkistanda Putinlə görüşdən sonra gəlib.

"Anladım ki, müharibəyə ən qısa zamanda son qoymağa çalışırlar. Bu vəziyyət böyük problemdir. Hazırda 200 əsirin mübadiləsi ilə bağlı razılıq əldə olunub. Bu, yaxşı haldır". "Anadolu" agentliyi Ərdoğanın dediklərindən sitat gətirib.

Türkiyə prezidenti bildirib ki, hazırda Rusiya tərəfi kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı məsələni həll edir. 

Ərdoğanın fikrincə, bütün bunlar yaxşıdır, amma Ukrayna da eyni anlayışı göstərməlidir.

Bizim.media

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058018