Ərdoğan: “Putin bu mövzuda haqlıdır”

2022-09-08 15:13:00

Ərdoğan: “Putin bu mövzuda haqlıdır”

“Hazırda Rusiyadan taxıl daşınması yoxdur”.

Hurriyyet.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xorvatiyalı həmkarı Zoran Milanoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Cənab Putinin (Rusiya Prezidenti Vladimir Putin - red.) haqlı olduğu bir mövzu var. O da nədir? Bu taxıl daşımasında gələn taxıllar, təəssüf ki, kasıb ölkələrə yox, zəngin ölkələrə gedir. Bunun əsas mövzusu nədir? Bu taxıl daşınmasını buradan kasıb ölkələrə davam etdirməkdir.

İndi Rusiyaya qarşı bu sanksiyalar davam edərkən, bu sanksiyaları gündəmə gətirən və bu sanksiyaları tətbiq edən ölkələrə taxıl daşınması cənab Putini də narahat edir. Biz istəyirik ki, Rusiyadan da taxıl daşınması başlasın. Bunu da gözləyirik, burada gecikmə var. Bunun aradan qaldırılması üçün biz bunları Səmərqənddə cənab Putinlə ətraflı müzakirə edəcəyik. Arzumuz odur ki, Rusiyadan taxıl daşınmasını başladaq və bu taxılı, həqiqətən, yoxsul ölkələrə çatdıraq”, - Ərdoğan bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000096