Saat:18:13
Haqqımızda

"Ərdoğan prezident seçkisi öncəsində reytinqini yüksəltməyi planlaşdırır" - ELXAN ŞAHİNOĞLU

2022-08-18 13:54:00

"BMT baş katibi Antonio Quterreş isə rəhbərlik etdiyi təşkilatın nüfuzunu artırmağa çalışır"

"Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreş ağır işə girişiblər. Hər ikisi Rusiya-Ukrayna savaşını dayandırmağa çalışır və bu məqsədlə Ukraynaya gediblər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Rəcəb Tayyib Ərdoğan və Antonio Quterreşin Rusiya ilə Ukrayna arasında taxıl anlaşmasını təmin etdiklərini vurğulayan politoloq hesab edir ki, onlar bu uğurlarını davam etdirmək istəyirlər: "Ancaq işğalçı savaşı dayandırmaq üçün Rusiyanı və Ukraynanı razı salacaq təkliflər hazırlamaq çətindir. Buna baxmayaraq, Ərdoğan-Quterreş ikilisi qətiyyyətlidir, müsbət nəticə hər ikisi üçün vacibdir. Ərdoğan gələnilki prezident seçkisi öncəsində reytinqini yüksəltmək, Quterreş isə rəhbərlik etdiyi təşkilatın nüfuzunu artırmağı planlaşdırır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR