Saat:06:19
Haqqımızda

Ərdoğan parlamentdə şeir oxudu: Deputatlar coşqu ilə qarşıladı

2021-10-18 21:23:00

Ərdoğan parlamentdə şeir oxudu: Deputatlar coşqu ilə qarşıladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikaya səfəri çərçivəsində Anqolaya gedib.

Ərdoğan Anqola parlamentində çıxış edib. İki ölkə arasındakı əlaqələrdən danışan dövlət başçısı, çıxışını Aqostinyo Netonun sözləri ilə bitirib. Ərdoğan deyib:

“Sizlərə Anqolanın milli qəhərəmanı Aqostinyo Netonun bu gözəl şeiri ilə vida etmək istəyirəm. “Anacağım yurdum indi dəyişdi artıq. Özümüzü, boyunlarımızı boyunduruqdan xilas etdik və bu yoldan geri dönüş yoxdur””.

Ərdoğanın sözləri parlamentdə çoşqu ilə qarşılanıb.

Qeyd edək ki, həkim, şair və siyasətçi olan Aqostinyo Neto Anqolanın müstəqilliyinə qovuşduğu 1975-ci ildə prezident postuna gəlib və 1979-cu ilə qədər ölkəni idarə edib. \\Kanal

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR