"Ərdoğan özünü Menderes, "altılı masa"nı isə qiyam tərəfdarı elan edib" - TURAB RZAYEV

2023-01-20 12:44:00

"Türkiyə prezidenti özünü Adnan Menderes və Turqut Özal ideyalarının daşıyıcısı sayır"

"Türkiyədə növbəti prezident seçkiləri 14 may 2023-cü ildə keçiriləcək. Bu tarix Türkiyədə ilk demokratik seçkilərdə Demokrat Partiyanın CHP (Cümhuriyyət Xalq Partiyası) üzərində qələbə qazandığı seçkinin tarixidir". Hurriyyet.az-ın məlumatına görə, bunu siyasi şərhçi Turab Rzayev bildirib. 

Siyasi şərhçi qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünü Adnan Menderes (Türkiyə Cümhuriyyətinin 9-cu və CHP-li olmayan ilk baş naziri) və Turqut Özal (Türkiyə Cümhuriyyətinin 45-ci, 46-cı dövr hökumətlərinin baş naziri və 8-ci prezidenti) ideyalarının daşıyıcısı sayır: "Menderes qiyamçı xunta tərəfindən asılıb, Turqut Özal isə sui-qəsdə məruz qalıb və zəhərləndiyi iddiaları mövcuddur. Mühafizəkar qanad Menderesi özlərinə ruhani lideri görür. Ərdoğan dəstəkçiləri Menderesi nəzərdə tutaraq adətən, "səni asdırmayacağız" sloqanından istifadə edirlər. Ərdoğan məhz seçki gününü elan edəndə"73 il sonra bizim xalqımız yenidən bu gün "altılı masa"dan olan xunta alqışlayanlara yox deyəcək" deməklə özünü Menderes, qarşı tərəfi isə qiyam tərəfdarı elan edib. "Demokratiyaya dəstək" mitinqlərində yaşlı nəslin ağlayaraq "Menderesi asdınız, Özalı zəhərlədiniz, Ərdoğanı sizə yedirtməyecəyik" deməsinə şahid olmuşam. Ərdoğan xalqın ruhuna toxuna bilir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.167148