Ərdoğan Özbəkistana gedəcək

2022-08-26 14:10:00

Ərdoğan Özbəkistana gedəcək

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 15-16 sentyabr tarixində keçiriləcək sammitində iştirak eləmək üçün Özbəkistanın Səmərqənd şəhərinə gedəcək.  

Səkkiz üzv dövlətdən savayı, sammitdə Belarus, İran və Monqolustan liderləri iştirak edəcəklər.

Forumun Özbəkistan koordinatoru Rəhmətulla Nurimbetov “Sputnik Özbəkistan” portalına müsahibəsində deyib: “Sədrlik edən tərəfin yaxın təmasda olduğu ölkələrin liderlərinin qonaq olmasını gözləyirik. Onların arasında Türkiyə, Türkmənistan prezidentləri var”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.072113