Ərdoğan onları vəzifəsindən azad etdi
2024-09-14 11:24:51
Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Bildirilib ki, milli müdafiə nazirinin müavini Camal Sami Tüfekci vəzifəsindən azad olunub. Onun yerinə Musa Heybət təyin edilib.
Dövlət başçısının sərəncamı ilə təhsil nazirinin müavini Kamal Şamlıoğlunun yerinə Muhammed Bilal Macit, səhiyyə nazir müavini Huzeyfe Yılmazın əvəzinə isə Yasin Ayfer Erkoç təyin olunub./Axar.az/