Saat:15:33
Haqqımızda

Ərdoğan Netanyahu ilə görüşə bilər?

2025-10-13 15:07:43

Ərdoğan Netanyahu ilə görüşə bilər?

Hurriyyet.az xəbər verir ki, “Al Arabiya” telekanalının məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşə bilər.
Medianın iddiasına görə, ABŞ prezidenti Donald Tramp Benyamin Netanyahudan bu görüşün baş tutmasını xahiş edib.
Xatırladaq ki, Tramp bu gün İsrailə səfər edib və Qəzza zolağında müharibənin başa çatdığını elan edib. HƏMAS sağ qalan 20 girovu İsrailə qaytarıb.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Ərdoğan Qəzza zolağına səfər etmək niyyətində olduğunu bildirərək, HƏMAS və İsrail arasındakı razılaşmalara əməl etməyin vacibliyini qeyd etmişdi.
Hürr Tərcüman