Ərdoğan: “NATO Polşaya düşən raketin Rusiyaya məxsus olmadığını hesab edir”

2022-11-16 12:22:00

Ərdoğan: “NATO Polşaya düşən raketin Rusiyaya məxsus olmadığını hesab edir”

Bayden: “Bu raketlər Rusiya istehsalı deyil”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bir sıra NATO ölkələrinin Polşaya raket atılması insidentini müzakirə etdikdən sonra bunun Rusiya ilə əlaqəsi olmadığı nəticəsinə gəldiklərini bəyan edib.

O, şəxsən özünün də bu fikirdə olduğunu bildirib.

Bali adasındakı “G-20” sammitində iştirak edəndən sonra TASS informasiya agentliyinin əməkdaşının sualına cavab verən Ərdoğan deyib: “Bu raketin ona məxsus olmadığını bəyan edən Rusiyanın mövqeyinə hörmət eləməliyəm”.

Ərdoğan ABŞ Prezidenti Co Baydenin “bu raketlər Rusiya istehsalı deyil” açıqlamasını da mühüm hesab elədiyini söyləyib və insidentin ətraflı araşdırılmasına ehtiyac olduğunu deyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.111120