Saat:09:29
Haqqımızda

Ərdoğan NATO məsələsində son nöqtəni qoydu: “Boş yerə zəhmət çəkməsinlər”

2022-05-18 15:30:00

Ərdoğan NATO məsələsində son nöqtəni qoydu: “Boş yerə zəhmət çəkməsinlər”

Finlandiya ilə İsveç Türkiyədən "hə" cavabı gözləyirlər

Hurriyyet.az Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasındakı çıxışı zamanı Finlandiya və İsveç dövlətlərinin NATO hərbi alyansına daxil olmaq istəyindən danışıb.

Ərdoğan deyib: “NATO-dakı müttəfiqlərimizdən yeganə gözləntimiz Türkiyənin öz sərhədlərini qorumaq səylərini başa düşmələridir. NATO-dakı müttəfiqlərimizin bizə qarşı nümayiş etdirdikləri mövqeyə rəğmən, biz öhdəliklərimizi yerinə yetirməyə davam etdik. Terroru dəstəkləyib bizdən razılıq gözləmək məntiqsizlikdir".

“Hə deməyəcəyik, boş yerə çalışmasınlar”

Ərdoğan məsələ ilə bağlı çıxışına davam edərək söyləyib: “NATO-nun genişlənməsi bizim üçün həssaslığımıza göstəriləcək hörmət qədərində əhəmiyyət kəsb edir. Bazar ertəsi gəlmək istəyirlərmiş “Boş yerə zəhmət çəkməsinlər” dedik. Terror təşkilatları hələ də İsveçdə rahat gəzirlər. Biz “hə” deməyəcəyik, boş yerə çalışmasınlar”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR