Saat:03:52
Haqqımızda

Ərdoğan: “Makrona demişdim, amma qulaqardına vurdu”

2021-09-16 09:53:00

Ərdoğan: “Makrona demişdim, amma qulaqardına vurdu”

“ABŞ vir tərəfdən... Avropa da o biri tərəfdən...Dəvəquşu kimidirlər, gizləmirlər...”

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan AKP partiyasının iclasında Fransanın “Lafarj” şirkətinin Fransa kəşfiyyatının məsələdən xəbərdar olduğu halda, Suriyadakı müharibədə İŞİD terrorçularını dəstəkləməsinin aşkara çıxmasından danışıb. 

Xəbər verdiyimiz kimi, Fransa Ali Məhkəməsi sement sahəsində nəhəng firmalardan olan “Lafarj” şirkətini terrorçularla əməkdaşlıqda, İŞİD terrorçularını maliyyələşdirməklə bəşəriyyətə qarşı cinayətlərə ortaq olmaqda ittiham edib.

Ərdoğan çıxışında deyib: “Fransanın Ali Məhkəməsinin bu məsələni sənədlər vasitəsi ilə isbat eləməsi mühüm işdir. “Lafarj”ın İŞİD-ə rüşvət verdiyini, bununla birlikdə terroru maliyyələşdirdiyini, Makronun özünə və Avropada görüşdüyüm bir çox liderə demişdim. Lakin həmişə qulaqardına vurdular. “Lafarj” firmasının fəaliyyəti bəşəriyyətə qarşı törədilən cinayətlərin bir nümunəsidir. Bundan əvvəlki çıxışlarımda da söyləmişəm.

Başda Amerikadır. İraqdan keçirərək terrorçulara 30 min tır silah-sursat, təchizat dəstəyi verir. O biri tərəfdə Avropa. Almasiyası da, Fransası da hər cür dəstək verirlər. 90 kilometrdən uzun tunel haradadır? Suriyada. Bunun sementi haradan gəlir? Lafarjdan. Lafarj haradadır? Bir Fransa firmasıdır. Nə ilə izah edəcəksiniz? Kimi aldadacaqsınız? Bunlar dəvəquşu vəziyyətindədirlər. Gizləmirlər, hər şey meydandadır. Amma demişdim ki, bunların da hesabını vercəkdilər. Bu, çox mühüm qərardır...”

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR