Saat:04:13
Haqqımızda

Ərdoğan İsrailin Livan və Fələstinə təcavüzünü təcili dayandırmağa ÇAĞIRDI

2024-09-25 23:30:37

Ərdoğan İsrailin Livan və Fələstinə təcavüzünü təcili dayandırmağa ÇAĞIRDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə görüşündə İsrailin bölgəyə təcavüzünü dayandırmaq üçün beynəlxalq ictimaiyyətdən təcili addımlar gözlədiyini bildirib.

Hurriyyet.Az xəbər verir ki, Türkiyə liderinin ofisindən verilən məlumata görə, Mikati ilə görüş BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkdakı Türk Evində baş tutub.

"Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu iclası üçün gəldiyi Nyu Yorkda Livanın Baş naziri Nəcib Mikatini qəbul edib. Görüşdə ikitərəfli əlaqələr, İsrailin Livan və Fələstinə hücumları, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin Livanı dəstəklədiyini bildirib. İsrailin hədəfində olan Livan və beynəlxalq ictimaiyyətin təcili olaraq İsrailin təcavüzünü dayandıracaq həll variantını həyata keçirməsi lazım olduğunu bildirib".

Ərdoğan həmçinin “İsrailin əsas insan haqlarına məhəl qoymadığını və bütün dünyanın gözü qarşısında soyqırım törətdiyini” diqqətə çatdırıb. Mikati ilə görüşdə Ərdoğan əlavə edib: “Bunu dayandırmaq və İsrailin hücumları nəticəsində yaranan humanitar böhrana son qoymaq insanlığın borcudur”.\\Redaktor.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.220270