Ərdoğan: “İrəvandan konkret addımlar gözləyirik"

2022-07-26 09:55:00

Ərdoğan: “İrəvandan konkret addımlar gözləyirik

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalının efirindəki çıxışı zamanı Ankaranın İrəvandan ikitərəfli münasibətlərin normallaşdırılmasında konkret addımlar atmasını gözlədiyini xəbər verib.

Dövlət başçısının sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefon danışığı zamanı münasibətlərin normallaşması məsələsi müzakirə edilib.

Ərdoğan deyib: “Erməni tərəfinin konkret addımlar atacağını gözləyirik. Münasibətlərin normallaşması məsələsində ciddi və qətiyyətliyik”.

Dövlət başçısı onu da qeyd edib ki, bu məsələdə Türkiyə üçün “qırmızı xətt” əvvəl başdan Azərbaycan olub və indi də Ankara İrəvan ilə münasibətlərini Bakı ilə koordinasiya edərək qurur.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063604