Ərdoğan İraqda əməliyyatın məqsədini açıqladı

2022-04-20 14:35:00

Ərdoğan İraqda əməliyyatın məqsədini açıqladı

Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələri aprelin 17-si İraqın şimalında “Pençe Kilit” adlı antiterror əməliyyatına başlayıb.

Hurriyyet.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən əməliyyatın məqsədini açıqlayıb.

“Əməliyyatı həyata keçirməkdə məqsədimiz həm İraq torpaqlarını terror təşkilatından təmizləmək, həm də sərhəd təhlükəsizliyimizi təmin etməkdir. Türkiyənin tək məqsədinin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək olduğunu bir daha vurğulamaq istəyirəm”, - deyə Ərdoğan söyləyib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya