Saat:01:35
Haqqımızda

Ərdoğan: “İrandakı azərbaycanlıların sayı göz önündədir. İran bu yanlışı davam etdirməz”

2021-10-21 16:35:00

Ərdoğan: “İrandakı azərbaycanlıların sayı göz önündədir. İran bu yanlışı davam etdirməz”

Ərdoğan: “İran İsraillə münasibətlərinə görə Azərbaycanı “hədəf taxtası”na qoya bilməz. İrandakı azərbaycanlıların sayı göz önündədir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu yanlışı davam etdirməyəcək"

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən geri qayıdarkən ənənəsi üzrə təyyarədə jurnalistlərlə söhbət edib. Prezident Ərdoğana  İranın son dövrlərdə Azərbaycana qarşı münasibətinin aqressivləşməsi barəsində belə bir sual verilib: “İranın Naxçıvan ilə Cənubi Qafqaz sərhədində hərbi canlanması gündəmdədir. İran bir tərəfdən də Azərbaycanın İsrail ilə münasibətlərindən narazıdır. Türkiyə Qafqazda fəal və qalıcı fiqura çevrildikdən sonra İranın bu addımlarının bir mənası varmı və bu, qaynar böhrana çevrilə bilərmi?”

Ərdoğan sualın cavabında deyib: “Mən şəxsən belə bir şey gözləmirəm. İsrailin Azərbaycan ilə münasibətləri səbəbindən İran durub Azərbaycanı “hədəf taxtasına qoymaq” kimi vəziyyətə düşməz. Çünki bu gün İrandakı azərbaycanlılarının sayı göz önündədir. Bu, səhv işdir. Zənn edirəm ki, İranın yeni iqtidarı da bu səhvi davam etdirməz”.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.149979