Ərdoğan İlon Maskı siqaretlə mübarizəyə cəlb eləmək niyyətindədir

2022-05-31 21:22:00

Ərdoğan İlon Maskı siqaretlə mübarizəyə cəlb eləmək niyyətindədir

Hurriyyet.az xəbr verir ki, Ümumdünya Tütünsüz Gününə həsr edilmiş tədbirdə gənclərlə görüş keçirən Türkiyə Prezidenti R.T.Ərdoğan deyib: “Tütün epidemiyası xəstəlik və ölüm səbəbi olduğu üçün bəşəriyyətin sağlamlığına ən böyük qlobal təhdiddir. Dünyada hər il 7 milyon, ölkəmizdə isə 100 min insanın tütündən istifadə nəticəsində yaranan xəstəliklərdən ölməsi gerçəkliyinə rəğmən, təəssüf ki, bu epidemiya ilə mübarizədə hələ arzu elədiyimiz yerə çatmamışıq”.

Türkiyə Prezidenti deyib: “Biz xalqımızı, insanlarımızı çox sevirik. Onun üçün də siqaret çəkənlərə deyirik ki, “səni sevdiyimiz üçün gəl siqareti tərgit”.

Prezident Ərdoğan siqretə və tütün məhsullarına qarşı mübarizə kampaniyasına dünyanın ən varlı adamı hesab edilən və dünyaca məşhur mühəndis  İlon Maskı da cəlb eləmək niyyətində olduğunu bildirib. “Bu səfər İlon Mask ilə danışanda “bu siqaret istehlakına qarşı da bir az pul xərclə” deyəcəyəm. Yerinə düşər, elə deyilmi? Müxtəlif yerlərə çox böyük pullar xərcləyir. Bir az da bununla mübarizəyə xərcləsin... Hələ Amerikadan başlayıb bütün dünyaya yaysaq, bu işdə daha tez uğur qazanarıq. Bu biznesin rəqəmsal sahədə təbliği həqiqətən də işimizi çətinləşdirir. Nə olursa-olsun, ölkəmiz üçün lazım olanı edəcəyik”.  

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya