Saat:08:29
Haqqımızda

Ərdoğan ilə Qaribaşvili Nyu-Yorkda görüşdülər

2021-09-22 15:14:00

Ərdoğan ilə Qaribaşvili Nyu-Yorkda görüşdülər

 

Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatına böyük üstünlük verilir

Hurriyyet.az xəbər “Qruziya Onlayn” portalına istinadən verir ki, Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında görüş keçirilib. Tərəflər regiondakı vəziyyəti müzakirə ediblər. Gürcüstan hökumətinin başçısı qeyd edib ki, Gürcüstanın əsas hədəfi Qafqazda sabitliyi dəstəkləməkdir və Tbilisi uzunmüddətli sülhün təmin edilməsində öz sülhməramlı missiyasını yerinə yetirməyə hazırdır.

Danışıqlar zamanı İrakli Qaribaşvilinin vasitəçiliyi və ABŞ-ın iştirakı ilə Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşma da müzakirə edilib – həmin razılaşma əsasında separatçı və terrorçu Ermənistan vətəndaşlarının azad edilməsi qarşılığında Azərbaycan minalı ərazilərin xəritəsini almışdı.

Söhbət zamanı Gürcüstanın Baş naziri Tbilisi ilə Ankara arasında strateji tərəfdaşlığın dərinləşməsi istiqamətində Türkiyə liderinin xüsusi fəaliyyətini qeyd edib. İki ölkə arasında siyasi və iqtisadi əlaqələrin, ticarətin genişləndirilməsi prioritert məsələ kimi diqqət mərkəzində olub.

Danışıqların gedişində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatına böyük üstünlük verildiyi qeyd edilib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR