Saat:20:05
Haqqımızda

“Ərdoğan ilə Əsəd arasında danışıq planlaşdırılmır”

2022-08-11 22:50:00

“Ərdoğan ilə Əsəd arasında danışıq planlaşdırılmır”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Bəşər Əsəd arasında birbaşa danışıqlar aparılmasının planlaşdılmadığını söyləyib.

Çavuşoğlu deyib: “Hazırda Suriya ilə birbaşa təmasdan söhbət gedə bilməz”.

Bununla yanaşı, nazir qeyd edib ki, tərəflər xüsusi xidmət orqanları xətti ilə danışıqlara başlayıblar.

Çavuşoğlu bu yaxınlarda Belqradda Suriyanın Xarici İşlər naziri ilə görüşdüyünü bildirib: “Bizim qısa görüşümüz oldu. Ona söylədim ki, ölkəni terrorçulardan qorumaq və  və Suriyadakı müxalifətlə Əsəd rejimi arasında sülhü təmin eləmək lazımdır. Başqa təmaslarımız olmayıb”.

Bəlli olduğumuz kimi, bu həftədə Türkiyə ilə Suriyanın liderləri R.T.Ərdoğan ilə B.Əsəd arasında telefon danışığı ola biləcəyi barəsində xəbərlər çıxmışdı.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR