Saat:19:03
Haqqımızda

Ərdoğan: İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq

2025-03-05 19:33:39

Ərdoğan: İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, enerji sektoru "Bir millət, iki dövlət" şüarının əsas hissəsini təşkil edir:

"Azərbaycan təbii qazını Avropaya çatdırmağın sevincini yaşayırıq. Bu sahədə Azərbaycanla tam əməkdaşlıq içərisindəyik. Bu gün əməkdaşlığımıza yeni bir layihəni də daxil etməkdən məmnunuq. Yeni layihə Naxçıvanla birliyimizin rəmzi olacaq. Bu xətt Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq". \\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.179708