Ərdoğan gecikdi, Putin gözləməyə məcbur oldu – Video

2022-07-20 14:58:00

Ərdoğan gecikdi, Putin gözləməyə məcbur oldu – Video

Türkiyə və Rusiya liderləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin ötən gün Tehranda baş tutan ikitərəfli görüşü ilə bağlı görüntülər beynəlxalq medianın diqqətini çəkib.

Hurriyyet.az xəbər verir ki, Ərdoğanın görüşə gecikməsi səbəbindən Putinin bir müddət onu gözlədiyi qeyd edilib.

Gecikmə 50 saniyə çəkib.

Ərdoğanın gecikməsinə səbəbkarı isə Vladimir Peskov olub. Görüş otağına gələn Ərdoğan dəhlizdə Kremlin sözçüsü ilə rastlaşıb və ona diqqətsiz qalmayıb. Peskovla türkcə (Peskov türk dilində mükəmməl danışa bilir – red.) qısa söhbət edən Ərdoğanın məhz buna görə 50 saniyə gecikdiyi bildirilir.

Liderlərin görüşərkən isə səmimi olaraq bir-birinə gülümsəmələri, üstəlik, protokol qaydasından kənara çıxmaları da maraqla qarşılanıb. Belə ki, Ərdoğan Putinin danışmasını gözləmədən dərhal hal-əhval tutub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063978