Saat:04:52
Haqqımızda

Ərdoğan: “Fransa fitnə törədir, Ermənistanı silahlandırmaqla ona yaxşılıq yox, pislik edir” - VİDEO

2023-12-08 15:22:20

Ərdoğan: “Fransa fitnə törədir, Ermənistanı silahlandırmaqla ona yaxşılıq yox, pislik edir” - VİDEO

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Fransanın Ermənistana hərbi dəstək göstərmək niyyətini “provokasiya” adlandırıb.

Yunanıstandan səfərdən qayıdan Ərdoğan jurnalistlərə müsahibəsində deyib: “Fransanın etdiyi təhrikdir. O, Ermənistana yaxşılıq yox, əksinə pislik elədiyini bilməlidir. Əvvəl də Fransa Ermənistanı çox dəstəkləyirdi. Nəticədə nə əldə elədilər? Heç nə. Fransa Qarabağla bağlı Minsk qrupuna daxil idi. Qrupun işinin də bir nəticəsi olmadı. Sizin göndərdiyini zirehli texnikanın da heç bir faydası olmayacaq. Çünki indi öz ərazilərini işğaldan azad eləmiş bir Azərbaycan var. Qarabağdakı münaqişənin nəticəsi göz önündədir. Ermənistan rəhbərliyi yaxın keçmişdən dərs çıxarmalı və belə təhriklərə uymamalıdır. Ermənistanın maraqlarına sülh imkanından istifadə eləmək uyğun gəlir, Ermənistanı çaşdıracaq ölkələrin tələsinə düşmək yox. Azərbaycanla dinc münasibətlər – Ermənistan üçün ən yaxşı variant budur. Ermənistanın əlinə silah verənlər ona çox pis xidmət göstərmiş olurlar”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.204829