Saat:17:49
Haqqımızda

"Ərdoğan əsrlərin sultanlarından ağıllı, müdrik çıxdı!" - İLQAR ALTAY

2021-10-20 10:51:00

"Nəhayət, o, ölçdü-biçdi, Şərqi, türk dünyası birliyini, Azərbaycanı seçdi"

"Tez-tez soruşurlar ki, əvvəllər Rəcəb Tayyib Ərdoğana qarşı soyuq və hətta tənqidi idin, indi nə oldu, bu qədər istəkli oldu? Cavab verirəm ki, siyasi insana dəyər onun siyasi mövqeyi ilə verilir. O zaman Ərdoğan Fələstindən yapışıb üzünü türk dünyasına tərəf çevirmirdi. Mən isə onun dövlətinin, şəxsinin böyüklüyünü görüb ondan bunu umub küsürdüm". Hurriyyet.az xəbər verir ki, bu fikirlər İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altaya məxsusdur. 

İlqar Altay qeyd edib ki, eyni səhvi Osmanlı imperatorları da edib, imperiyalarını Şərqə, İrana, Əfqanıstan, Orta Asiyaya deyil, Qərbə yönəltdilər: "Nəticə isə olmadı, Şərqə yönəlsəydilər bu gün də həmin böyük imperiya qalardı. Necə, ruslar imperiyalarını Qərbə deyil, Şərqə yönəldirlər və bu gün də imperiyaları durur. Zamanın bu real həqiqəti təsdiqi və tələbi ilə Ərdoğan nəhayət, bu gün bunu edir və türk dünyası da onu sevir. 3 il əvvəl, bu gün bu barədə proqnozum, indi təsdiq olunur. Demək, sayın Ərdoğan ölçdü-biçdi, Şərqi, türk dünyası birliyini, Azərbaycanı seçdi. Əsrlərin imperator sultanlarından ağıllı, müdrik çıxdı!"

Vazeh BƏHRAMOĞLU,     

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR