Ərdoğan Əsəd ilə görüşəcəkmi?

2022-11-17 15:48:00

Ərdoğan Əsəd ilə görüşəcəkmi?

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan 2023-cü ilin iyun ayında keçirilməsi planlaşdırılan preident və parlament seçkilərindən sonra Ankara ilə Dəməşq arasındakı münasibətlərin yenidən nəzərdən keçirilməsinin mümkün olduğunu söyləyib.

Ərdoğan G-20 sammitində iştirak eləmək üçün getdiyi İndoneziya səfərinin sonunda jurnalistlərə müsahibəsində Suriya Prezidenti Bəşər Əsədlə görüşün mümkün olub-olmadığı barəsində sualın cavabında deyib: “Siyasətdə əbədi incikliklər və narazılıqlar olmur. Zamanı gələndə siz oturub vəziyyəti qiymətləndirə və müvafiq bəyanat verə bilərsiniz. Hazırda Türkiyə olaraq biz bu məsələlərdə problemlərimiz olan ölkələrlə münasibətlərimizi yenidən nəzərdən keçirə bilərik. Xüsusilə də iyun seçkilərindən sonra hər şeyi yenidən başlaya bilərik. İnanıram ki, bu istiqamətdə yolumuza davam edə bilərik”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136956