Ərdoğan: “Əfqan xalqını taleyin ixtiyarına buraxmaq olmaz”

2021-10-12 17:59:00

Ərdoğan: “Əfqan xalqını taleyin ixtiyarına buraxmaq olmaz”

Hurriyyet.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bu gün İtaliyada G-20 ölkələrinin Əfqanıstanla bağlı növbədənkənar sammitində çıxışı zamanı bu ölkənin probleminin həlli üçün xüsusi işçi qrupunun yaradılmasını təklif edib.

Ərdoğan deyib: “Bu problemin həlli üçün G-20 tərkibində işçi qrupunun yaradılmasını təklif edirəm. Türkiyə olaraq biz də belə bir qrupda liderliyə can atırıq”.

Ərdoğan Əfqanıstanda təhlükəsizlik və sabitliyin təkcə region üçün yox, bütün dünya üçün fövqəladə dərəcədə əhəmiyyətli olduğunu qeyd edib, beynəlxalq ictimaiyyəti ölkədəki problemlərə nəzər salmağa çağırıb: “Beynəlxalq ictimaiyyət əfqan xalqına arxasını çevirə və onu taleyin ixtiyarına buraxa bilməz”.

O, Əfqanıstandakı vəziyyətin ağırlaşacağı təqdirdə Avropa ölkələrinin də qaçqın axını ilə üzbəüz qalacaqlarını söyləyib.

Hürr Tərcüman