Ərdoğan dünya üçün mühüm müjdəni verdi – taxıl dəhlizi gələn bahara qədər açıq olacaq

2022-11-17 14:21:00

Ərdoğan dünya üçün mühüm müjdəni verdi – taxıl dəhlizi gələn bahara qədər açıq olacaq

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan “Tvitter” hesabında verdiyi açıqlamada Qara dənizdən keçən taxıl dəhlizinin fəaliyyət müddətinin daha 4 aylığa uzadıldığını bildirib.

Ərdoğan yazıb: “Türkiyənin ev sahibliyi ilə həyata keçirilən dördtərəfli danışıqlar nəticəsində Türkiyə, BMT, Rusiya Federasiyası və Ukrayna arasında verilən qərarla Qara dəniz Taxıl Dəhlizi Razılaşması 19 noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadılıb. Arxada qalan 4 aylıq dövrdə 500-ə yaxın gəmi ilə 11 milyon tondan artıq taxıl və ərzaq maddəsinin ehtiyac sahiblərinə çatdırılması ilə bu razılaşmanın ərzaq təminatı və təhlükəsizliyi üçün nə qədər mühüm və faydalı olduğu aşkar görünür”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.166487