"Ərdoğan Dəmirəlin "dün dündür, bu gün bu gündür" fəlsəfəsinə qayıdır" - ELXAN ŞAHİNOĞLU

2022-11-24 11:20:00

"Türkiyə-İsrail münasibətləri artıq normallaşıb, Ərdoğan Netanyahunu qələbə münasibətilə təbrik edib, Sisinin əlini sıxıb, növbədə Bəşər Əsəddir"

"Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir müddətdir xarici siyasətdə geri dönüşə baş vurub. Gecikmiş olsa da, doğru qərardır". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq hesab edir ki, Misir və İsraillə münasibətləri gərginləşdirməyə ehtiyac yox idi: "Bu iki dövlət Türkiyə ilə münasibətlərin gərgin olduğu dövrdə Türkiyənin ayağının altını qazan əsas dövlət - Yunanıstanla yaxınlaşaraq Afina və Kipr Yunan Respublikası ilə birgə enerji layihələrini müzakirə edirdilər. Türkiyə-İsrail münasibətləri artıq normallaşıb, Ərdoğan vaxtilə əlaqələri kəsdiyi İsrailin hazırkı baş nazir Benyamin Netanyahu ilə telefonla danışıb, onu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib, yerdən-yerə vurduğu Misir prezidenti Sisinin əlini sıxıb, növbədə Suriya prezidenti Bəşər Əsəddir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin vaxtilə ifadə etdiyi "dün dündür, bugün bugündür" fəlsəfəsinə qayıdır.  

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.163263