Ərdoğan Cozef Aunla danışdı
2025-12-23 20:55:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan livanlı həmkarı Cozef Aunla telefon danışığı aparıb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası X səhifəsində məlumat paylaşıb.
Söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
Ərdoğan bildirib ki, Türkiyə daim Livanın sabitliyini və suverenliyini müdafiə edir. O qeyd edib ki, Türkiyə Livanın təhlükəsizliyini dəstəkləyən beynəlxalq mexanizmlərdə iştirak etməyə hər zaman hazırdır.
Türkiyə lideri vurğulayıb ki, ölkəsi Suriyadakı böyük dəyişikliyin bölgənin sabitliyinə töhfə verməsi üçün dəstəyini davam etdirəcək.
