Ərdoğan: "Cənab Putin ilə Bəşər Əsədi dəvət edə bilərik"
2024-07-05 16:18:10

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Qazaxıstandan səfərdən qayıtdığı zaman təyyarədə jurnalistlərə müsahibə verib. Söhbət zamanı Ərdoğan Rusiya və Suriya dövlətlərinin başçılarını Türkiyəyə dəvət etmək niyyətində olduğunu bildirib.
Prezident Ərdoğan deyib: "Cənab Putin ilə Bəşər Əsədi dəvət edə bilərik. Cənab Putin Türkiyəyə səfər edərsə, bu, yeni bir dövrün başlanğıcı ola bilər".
Hürr Tərcüman
