Saat:08:35
Haqqımızda

Ərdoğan çağırdı, Zelenski bu tarixdə Türkiyəyə gəlir

2025-02-17 20:41:08

Ərdoğan çağırdı, Zelenski bu tarixdə Türkiyəyə gəlir

Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fəxrəddin Altun deyib.

Bildirilib ki, Ərdoğan ilə Zelenskinin görüşündə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Tərəflər eyni zamanda Ukraynadakı son hadisələr, eləcə də digər regional və qlobal məsələlər barəsində fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Zelenski hazırda BƏƏ-də səfərdədir, 19 fevralda isə Ərəbistana gedəcək. \\Axar.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.151351