Ərdoğan: “Bunu Ronaldu Fələstini dəstəklədiyi üçün etdilər” - VİDEO

2022-12-26 16:28:00

Ərdoğan: “Bunu Ronaldu Fələstini dəstəklədiyi üçün etdilər” - VİDEO

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ərzurum şəhərində çıxış edərkən İngiltərənin “Mançester Yunayted” futbol klubunun keçmiş hücumçusu Kriştianu Ronaldunun karyerasının Səudiyyə Ərəbistanında davam etdirə biləcəyini söyləyib. “Əvvəlki çıxışınızda “Messi, yoxsa Ronaldo?” sualının cavabında “Ronaldu” demişdiniz. Qətərdə Argentinanın oyununu izlədikdən sonra fikrinizi dəyişdinizmi?”  sualından sonra Ərdoğan deyib: “Biz indi onları müqayisə edə bilmərik. Təbii ki, Kristianu Ronaldunun qarşısını kəsdilər. Təəssüf ki, ona siyasi sanksiya tətbiq elədilər. Onun kimi futbolçunu ikinci hissədə oyuna buraxmaq, cəmi 15 dəqiqə, yarım saat oynatmaq onun həm psixologiyasına zərər vurdu, həm də enerjisini xərclədi. Ronaldu Fələstini dəstəklədiyinə görə, onunla bu cür davrandılar”.

Goal.com saytının Prezident Ərdoğandan gətirdiyi sitatda deyilir: “Mənim aldığım xəbərə görə, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında oynayacaq”.

Bundan əvvəl mətbuatda gedən xəbərlərdə 37 yaşlı protuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə danışıqlar apardığı bildirilirdi.

Ötən mövsümdə Ronaldu “Mançester Yunayted”in heyətində 10 görüşdə meydana çıxmış, cəmi 1 qol vurmuşdu.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.158063