Ərdoğan buna sadiq olduğunu Putinə bildirdi - VideoƏrdoğan buna sadiq olduğunu Putinə bildirdi - Video

2023-09-05 14:14:33

Ərdoğan buna sadiq olduğunu Putinə bildirdi - VideoƏrdoğan buna sadiq olduğunu Putinə bildirdi - Video

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında xeyli mövzu müzakirə olunub. Bizi maraqlandıran prezidentlərin Azərbaycan-Ermənistan gərginliyi ilə bağlı nələri müzakirə etmələridir. Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında “Cənubi Qafqaz, Suriya və Liviyadakı durumu müzakirə etdik” cümləsini işlədib. Bu cümlədən çıxan nəticə budur ki, bizim məsələ ilə bağlı qısa fikir mübadiləsi olub.

Hurriyyet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Türkiyə Prezidenti NATO-nun son Vilnüs zirvə toplantısında Rusiya hərbi kontingentinin 2025-ci ilə qədər tərk edəcəyinə inandığını bildirmiş və Putinin bununla bağlı vədini xatırlatmışdı. Fikrimcə, Ərdoğan Rusiyanın 9 noyabr (10 noyabr) 2020-ci ilə razılığının şərtlərinə sadiq qalacağına inandığını bir daha Putinin diqqətinə çatdırıb. Putinin bu mövzuda nə düşündüyü hələ bizə bəlli deyil, 2025-ci ilə isə az müddət qalıb”, - deyə ekspert bildirib./axar.az/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141768